Modern.az

Rusiya səfirliyinə hücum edilib: 2 ölü, 5 yaralı var

Rusiya səfirliyinə hücum edilib: 2 ölü, 5 yaralı var

3 Oktyabr 2013, 14:00

Ötən gün Rusiyanın Livyadakı səfirliyi təxminən 60 nəfərdən ibarət silahlı qrupun hücumuna məruz qalıb. Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücum nəticəsində səfirlik binasına ciddi ziyan dəyib. Hücum edənlər səfirliyin bir neçə xidməti maşınını oğurlayıblar. Mühafizə xidmətinin açdığı atəş nəticəsində hücum edənlərdən 2 nəfərin öldürüldüyü, 5 nəfərin isə yaralandığı bildirilir.

Gecə saatlarında Liviya müvəqqəti hökümətinin rəhbəri Əli Zidan və Xarici İşlər naziri Məhəmməd Əbdüləziz hadisə yerinə gəliblər. Onlar Rusiya səfirliyinin əməkdaşlarına və mühafizə xidmətinə təşəkkürlərini bildirblər. İlkin məlumatlara görə səfirliyə hücumun səbəbi rusiyalı qadının Liviya Hərbi Hava qüvvələrinin zabiti Məhəmməd əl-Susinin qətlə yetirməsi olub. Zabitin anası da ağır yaralayan adı açıqlanmayan rusiyalı qadının 2011-ci ildə Qəddafiyə qarşı hərbi əməliyyatlar başalayan zaman Liviyaya gəldiyi deyilir.

Vüqar İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?