Modern.az

Nazir müavini: “Ali məktəblərdə bəzi ixtisaslar ləğv ediləcək”

Nazir müavini: “Ali məktəblərdə bəzi ixtisaslar ləğv ediləcək”

3 Oktyabr 2013, 15:11


“Azərbaycanın ali təhsil müəssisələrində bəzi ixtisaslar Təhsil Nazirliyi tərəfindən araşdırılacaq  Çünki Azərbaycanın ali təhsil müəssisələrində bəzi ixtisaslar dövrün tələblərinə cavab vermir”.

Modern.az xəbər verir ki, bu sözləri təhsil nazirinin müavini Ceyhun Bayramov 7-ci Beynəlxalq “Təhsil və Karyera” sərgisi ilə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, aparılacaq araşdırmaların nəticələri prosesə təkan verəcək. Nazir müavinin sözlərinə görə, müasir dünyada da hər 5-7 ildən bir 40-50% ixtisaslar əhəmiyyətini itirir və yenisi yaranır. “İnsanlar da karyera qurmaq üçün iş fəaliyyətləri ərzində 3-5 dəfə ixtisas dəyişirlər. C. Bayramov bildirib ki, müəllimlərin builki işəqəbul üzrə müsabiqənin nəticələrinə əsasən, imtahanda iştirak etmiş 15 030 nəfərdən 1474 nəfəri işə qəbul olunub.

“Müsabiqənin nəticələrinə görə, orta məktəblərdə təxminən 1800 müəllim yeri vakant qalıb. Bununla bağlı qərarımız oldu ki, Təhsil Nazirliyi həmin yerləri vakant saxlayacaq. Savadı olmayan insanları təhsil sisteminə qəbul etməyəcəyik. Bununla bağlı müəllim hazırlığı ilə məşğul olan bütün təhsil müəssisələrinə məktub göndərmişik. Xahiş etdik ki, onlar bütün tədris planlarını Təhsil Nazirliyinə və Təhsil Problemləri İnstitutuna təqdim etsinlər. Hazırda cavab gözləyirik”. 

Aytən ƏLİYEVA  
Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?