Modern.az

Sərkisyandan ETİRAF: “Azərbaycan ərazi bütövlüyü uğrunda mübarizə aparmalıdır”

Sərkisyandan ETİRAF: “Azərbaycan ərazi bütövlüyü uğrunda mübarizə aparmalıdır”

3 Oktyabr 2013, 15:32

“Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaşayış yerlərini tərk etməyə məcbur olan hər kəs yaşayış yerlərinə qayıtmaq hüququna malikdir. Bu həm də problemin kompleks həllini nəzərdə tutan Madrid prinsiplərində nəzərdə tutulub”.

Modern.az xəbər verir ki, bu açıqlamanı Avropa Şurası Parlament Assambleyasının Strasburqa keçirilən plenar iclasında iştirak edən Ermənistan prezidenti Serj Sarkisyan verib. Bununla belə, erməni prezident Qarabağın statusu müəyyən olunmadan bunun baş tuta bilməyəcəyini bildirib. “Burada bir sual yaranır. Bu insanlar hara qayıtmalıdırlar? Hansı əraziyə, hansı ölkəyə? Onlar bilməli deyillərmi ki, yaşadıqları yerdə hansı statusla yaşayacaqlar? Əhalinin qayıtması yeni müharibəyə səbəb olmayacaqmı? Söhbət Dağlıq Qarabağ ərazisindən gedirsə, Qarabağ hakimiyyəti hər qayıdan vətəndaşa bir polis, yaxud əsgər təhkim edə bilərmi? Onlar indi qayıtsalar və Azərbaycan yenidən müharibəyə başlasa, bu insanlar yenidən evlərini tərk etməli olacaq. Bəyəm bu məntiqlidir?”

Məsələnin siyasi həllinin vacibliyini bildirən S. Sarkisyan Azərbaycanın müharibə elan etməsindən qorxmadıqlarını bildirsə də, savaş tərəfdarı olmadıqlarını da xatırladıb. “Dağlıq Qarabağ xalqı özü seçməlidir ki, Azərbaycanın, Ermənistanın tərkibində, yaxud müstəqil şəkildə yaşasın. Bəli, biz razıyıq ki, Azərbaycanın öz ərazi bütövlüyü uğrunda mübarizə aparmalıdır. Lakin bizim Azərbaycana heç bir ərazi iddiamız yoxdur”.    

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?