AXCP sədrinin müavini Asəf Quliyev təmsil olunduğu partiyadan və Milli Şuradan istefa verib. Modern.az-ın məlumatına görə, bu barədə cəbhəçi özünün Facebook səhifəsində bildirib.
“
Milli Şuranın yaranması cəmiyyətdə rəğbət doğurdu. Sonradan Milli Şura fəaliyyətində nöqsanlara yer verilməsi, daxilli ziddiyyətlər, Milli Şuranın Rusiyanın layihəsi adlandıranların, Milli Şuranın əleyhinə təbliğat aparanların Milli Şuranın işində önə çəkilməsi məndə narahatlıq yaratdı.Düşünürəm ki, 20 ildən artıq seçki məğlubiyyəti və uğursuzluğunu cəmiyyət bizə bağışlamayacaq. Mübarizənin səmimiliyinə inanıb, hər zaman doğrunun yanında oldum. Şübhəsiz ki, yenə də bu yolda olacam. Yuxarıda deyilənləri nəzərə alıb, Milli Şuradan və AXCP-dən istefa edirəm”.
Modern.az