AXCP partiya sədrinin müavini Asəf Quliyevin istefasına münasibət bildirib. Partiya sədrinin müavini Fuad Qəhrəmanlı Modern.az-a açıqlamasında Asəf Quliyevin AXCP-dən getməsinə təəssüf etdiyini deyib.
“Asəf Quliyev kifayət qədər mübarizə təcrübəsi olan dəyərli cəbhəçi olub. Onun partiyanın fəaliyyətində çox böyük əməyi olub. Ancaq hesab etmirik ki, Asəf bəy siyasi mübarizədən çəkiləcək. Onun mövqeyində də hər hansı bir dəyişiklik olacağını gözləmirik”-deyə F. Qəhrəmanlı münasibət bildirib.
Qeyd edək ki, AXCP sədrinin müavini və Milli Şuranın üzvü Asəf Quliyev hər iki qurumdan istefa verib.
Aqşin Kərimov