Modern.az

Əli Kərimli Asəf Quliyevi qınadı:”Ondan gözləməzdim”

Əli Kərimli Asəf Quliyevi qınadı:”Ondan gözləməzdim”

4 Oktyabr 2013, 20:30

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, müavini Asəf Quliyevin istefasını böyük təəssüf hissi ilə qarşılayıb. Əli Kərimli BBC-Azərbaycana bildirib ki, müavinindən belə addım gözləmirmiş.

AXCP sədrinin müavini, Demokratik Qüvvələrin Milli Şurasının Mitinq Komitəsinin sədri Asəf Quliyev bu gün hər iki qurumdan istefa verməsi barədə bəyanat yayıb və bunu Milli Şuranın fəaliyyətində nöqsanlarla izah edib.

Əli Kərimli isə "hələ də ümid edir ki, bu addım Asəf Quliyevin son qərarı olmaya bilər.

Növbəti istefalar

“Təbii ki, mən onun yanaşmasını bölüşmürəm və deyilənləri əsaslı hesab etmirəm. Hətta elə səhvlər olsaydı da, buna görə partiyadan və Milli Şuradan istefa verməyi doğru bilmirəm”, o, Asəf Quliyevin Milli Şuranın işində olan səhvlər barədə dediklərini şərh edərkən bildirib.

O, növbəti istefalar gözləməsə də, istisna da etmədiyini deyib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?