Modern.az

Aslan Aslanov “MDB-nin yubiley gümüş medalı”na layiq görülüb

Aslan Aslanov “MDB-nin yubiley gümüş medalı”na layiq görülüb

4 Oktyabr 2013, 20:47


Oktyabrın 4-də Moldovanın paytaxtı Kişineuda MDB üzvü olan ölkələrin Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının (MDB İnformşura)  XVII iclası olub. İclasda Moldova, Azərbaycan, Rusiya, Qazaxıstan, Belarus, Tacikistan, Qırğızıstan, Ukrayna və Ermənistanın iformasiya agentliklərinin, MDB İcraiyyə Komitəsinin rəhbərləri və nümayəndələri iştirak etmişlər. Tədbirdə AzərTAc-ı Rus dilində informasiya baş redaksiyasının baş redaktoru Tamilla Nuriyeva təmsil edir.

AzərTAc xəbər verir ki, İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın sədrlik etdiyi iclasın gündəliyinə 2014-cü ildə informasiya sahəsində əməkdaşlıq məsələləri, MDB Milli İnformaisya Agentlikləri Assosiasiyası (ANİA) çərçivəsində müştərək layihələr, 2013-cü ildə Belarus Respublikasının ANİA-da sədrliyinin kütləvi-informasiya vasitələrində işıqlandırılması və başqa məsələlər daxil idi.

Moldpress agentliyinin baş direktoru Vladimir Dariye bu agentliyin fəaliyyəti haqqında məruzə ilə çıxış edib.

İclasın gündəliyinə, həmçinin Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi bayramına hazırlıq, “Birliyin əlamətdar və tarixi hadisələri” elektron təqviminin yaradılması, müştərək yaradıcılıq müsabiqələrinin keçirilməsi, agentliklərin qarşılıqlı fəaliyyəti prosesində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə, habelə Şuranın növbəti iclasının vaxtı və keçiriləcəyi yer haqqında məsələlər də daxil idi.

MDB İcraiyyə Komitəsinin İnformasiya-Təhlil Departamentinin direktoru Aleksandr Zavarzin AzərTAc-ın baş direktoru Aslan Aslanovun və “Qazaxıstan İnformasiya Agentliyi” Milli şirkətinin -  KAZİNFORM-un prezidenti Dauren Diyarovun MDB iştirakçısı olan dövlətlərin inteqrasiyasının inkişafına verdikləri töhfəyə görə “MDB-nin yubiley gümüş medalı”na layiq görüldüyünü elan edib.

Elə həmin gün MDB İnformasiya Şurasının iclasının iştirakçılarının Moldovanın Baş naziri Yuri Lyanke və Moldova Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri ilə görüşü olub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?