Modern.az

Polkovnik İsa Sadıqov Əli Kərimlinin komandasına qoşuldu

Polkovnik İsa Sadıqov Əli Kərimlinin komandasına qoşuldu

5 Oktyabr 2013, 11:20


Respublika Hərbi Prokurorluğunun beynəlxalq axtarışa verdiyi müdafiə nazirinin keçmiş müavini, sabiq hərbi hissə komandiri polkovnik İsa Sadıqov AXCP-yə üzv olmaq üçün partiya sədri Əli Kərimliyə müraciət edib.

Modern.az-ın məlumatına görə, İsa Sadıqov indiki ağır durumda AXCP-yə üzv olmaq istədiyini bildirib.

“Hörmətli Əli bəy. Sizə müraciət edərək indiki ağır siyasi durumda mənim Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvülüyünə qəbul edilməyiymə bağlı ərizəmi qəbul etməyinizi xahiş edirəm. Özüm barədə qısa məlumat verərək bildirirəm ki, 1958-ci ildə Gürcüstan Respublikasında anadan olmuşam. Orta təhsili başa vurduqdan sonra öncə hərbi məktəbi, sonra hərbi akademiyanı bitirmişəm. Azərbaycanın ərazi bötüvlüyü uğurunda gedən savaşlarda könüllü iştirak edərək korpus komandiri, müdafiə nazirinin müavini vəzifələrində çalışmışam. Ehtiyatda olan Zabitlər Birliyinin sədri kimi fəaliyyət göstərmişəm. Hazırda Norveç Krallığında mühacirət həyatı yaşayıram. Buna baxmayaraq, Azərbaycanda gedən siyasi prosesləri yaxından izləyirəm. Bu proseslərdə daha yaxından iştirak etmək üçün mənim Azərbaycan Xalq Cəbhəsi Partiyasına üzvülüklə bağğlı ərizəmi qəbul etməyinizi xahiş edirəm. Əminəm ki, milli liderimiz Əbülfəz Elçibəyin qoyduğu Bütöv və Demokratik Azərbaycan yolunda tezliklə qələbəyə nail olacağıq”-deyə İ.Sadıqov müraciətində qeyd edib.

Anar RÜSTƏMOV

 
Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?