“Seçkiöncəsi azad, şəffaf, sakit, əmin-amanlıq mühitində keçir. Hər bir namizədə bərabər şərait yaradılıb. Hər bir namizəd istədiyi kimi öz təbliğatını aparır”. Bu sözləri Modern.az-a açıqlamasında YAP Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı deyib. O qeyd edib ki, bu bir daha demokratik prinsiplərin vətəndaş cəmiyyətində necə bərqərar olduğunu göstərir.
“Yeni Azərbaycan Partiyası Seçki Məcəlləsinə uyğun olaraq seçkiyə iki ay qalmış seçki kampaniyasına hazırlaşmağa başlayıb. Yeni Azərbaycan Partiyasının 600 mindən çox üzvü var. Onların ailə üzvlərini də hesablasaq, demək olar ki, YAP ölkənin 50 faiz seçicinin təmsil olunduğu bir partiyadır. İlham Əliyev prezident seçildiyi ilk gündən ölkəmizdə böyük işlər görür. Xarici siyasət, daxili siyasət, hümanitar, sosial və digər sahələrdə böyük islahatlar aparılır. Adətən namizədlər seçki kampaniyası dövründə, ən yaxşı halda seçkiöncəsi müəyyən hazırlıq görməyə başlayırlar, ictimai fəallıqlarını artırırlar və gündəmdə olmağa çalışırlar. Amma zaman dəyişiyib. Biz 21-ci əsrdə yaşayırıq. İnsanlar vədlərə, populist çıxışlara inanmırlar, insanlar bu gün konkret işlərə, konkret əməllərə, real işlərə səs verirlər. Bu gün möhtərəm prezidentimizin gördüyü işlər, fəaliyyəti göz qabağındadır. O nadir hallarda söz verər, vəd verər, amma konkret olaraq işlər görər. Ayrı-ayrı vaxtlarda seçicilərimlə görüşdə də qeyd edirəm. Prezidenimizin son günlərdə gördüyü böyük işlərin, böyük layihələrin nəticələri, təməlqoyma məraismlərindən danışsaq, buna vaxt yetməz. Təkcə son 5 ili götürsək, gərək bu barədə günlərlə danışaq”.
M.İbrahimqızı bildirib ki, İlham Əliyevin xarici siyasətdə ən böyük uğurlarından biri Azərbaycanın BMT Təhlükəzilik Şurasına qeyri-daimi üzv seçilməyidir.
“50-70 illik müstəqilliyi olan dövlətlər bu statusu hələ qazana bilməyiblər. Amma Azərbaycan 20 illik müstəqilliyi tarixində bu statusu qazandı və mütləq əksəriyyətlə. Bu xalqımızın, dövlətimizin uğurudur.
Bu gün Azərbaycan elə bir inkişaf kursu götürüb ki, bölgələrimiz Avropanın inkişaf etmiş ölkələrinin bölgələrinə bənzəyir. 2003-vü ildə möhtərəm prezidentimiz İlham Əliyev “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramına imza atdı və bunun nəticəsində bölgələrdə böyük quruculuq işləri görüldü. Daha sonra isə rayon mərkəzlərindən bu inkişaf kəndlərə doğru aparıldı. Dünyanın əksər ölkələrində iqtisadi böhran hökm sürdüyü vaxtda Azərbaycan inkişaf edir. Elə bir proyekt yoxdur ki, dayansın. Avropada böyük layihələr yarımçıq qalıb. Riqada bu yaxınlarda oldum. Orada yarımçıq qalmış bir körpü 8 ildir ki, maliyyə böhranı səbəbi ilə tikilmir. Amma İlham Əliyevin imzaladığı layihələr vaxtından öncə, vaxtında başa çatdırılır”.
M.İbrahimqızının sözlərinə görə Azərbaycan xalqı həm də bu inkişafın birbaşa işçtirakçısıdır. “Xalq prezidentimizin apardığı siyasətin fəal iştirakçılarıdır. Ona görə insanlar böyük məmnuniyyətlə İlham Əliyevə səs verəcəklər.
Düzdür, problemlərimiz var, möhtərəm İlham Əliyev bunu özü də səsləndirir. Amma biz bunu özümüz etiraf edirik və prezidentimiz özü buna qarşı mübarizə aparır. Əminəm ki, qarşıdakı 5 ildə bu məsələlər, eləcə də bir nömrəli Qarabağ problemi öz həllini tapacaq.
Azərbaycan qadını nə istəyir? Azərbaycan qadını övladı üçün əmin-amanlıq istəyir, təhlükəsiz mühit istəyir, oxumağı, inkişafı ilə bağlı şərait istəyir. Azərbaycan anası istəyir ki, övladı sağ-salamat böyüsün, təsadüfi siyasətin qurbanı olmasın. Çünki biz 1991, 1992-ci ildə olanları gördük. Küçələrdən onların övladlarını yığıb aparırdılar, bir gün ərzində qara xəbər verilirdi. Azərbaycan qadını o xaosu görüb və yenidən o xaosa səs verməz. Azərbaycan qadını iqtisadi inkişafa, tərəqqiyə səs verir. Fürsətdən istifadə edərək, bütün Azərbaycan qadınlarını prezidentimizin namizədliyinə səs verməyə çağırıram”.
Modern.az