Modern.az

Milli Şura sonuncu mitinqini keçirdi

Milli Şura sonuncu mitinqini keçirdi

5 Oktyabr 2013, 18:24


Bu gün Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənlinin seçkicilərlə görüş-mitinqi keçirilib. Mitinqdə AXCP, Müsavat partiyasının rəhbərliyi, Milli Şura üzvləri iştirak ediblər.

Bakı Şəhər Baş Polis İdarəsi  Milli Şuranın bu gün paytaxtda keçirdiyi mitinqlə bağlı bəyanat yayıb.

Bildirilib ki, oktyabrın 5-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun prezidentliyə namizədi Cəmil Həsənlinin Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 16:30-dan 17:30-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, ACP, KXCP, El Hərəkatı, eləcə də bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1 500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?