Modern.az

Mətbuat Şurası Cəmil Həsənlinin mitinqinə qiymət verdi

Mətbuat Şurası Cəmil Həsənlinin mitinqinə qiymət verdi

5 Oktyabr 2013, 20:16

Mətbuat Şurası Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin bu gün keçirilən görüş-mitinqi ilə bağlı məlumat yayıb. MŞ-dan Modern.az bildirilib ki, oktyabrın 5-də Yasamal rayonunda yerləşən İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirilmiş icazəli mitinqində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb. Aksiyada prosesi işıqlandıran kütləvi informasiya vasitələrinin təmsilçilərinə qarşı hər hansı maneçilik faktı qeydə alınmayıb. Mətbuat Şurasının mitinq müddətində “qaynar xətt” rejimində fəaliyyət göstərən (012) 441 35 96 telefon nömrəsinə məlumat daxil olmayıb.

Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış monitorinq qrupunun mitinqdə iştirak edən üzvlərinə, həmçinin Mətuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının təmsilçilərinə jurnalistlərin fəaliyyətinə məhdudiyyətlərin yaradılmasına dair hər hansı müraciət edilməyib.

Mətbuat Şurasının monitorinq qrupu icazəli aksiyada peşə vəzifəsini yerinə yetirmiş jurnalistlərin əsasən üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?