Modern.az

İlham Əliyev birinci oldu - SORĞU

İlham Əliyev birinci oldu - SORĞU

5 Oktyabr 2013, 20:26


Fransanın OpinionWay Tədqiqatlar İnstitutu  seçkiqabağı vəziyyətin öyrənilməsi məqsədilə 1000 nəfər arasında ictimai rəy sorğusu keçirib. “Əgər seçkilər bu gün keçirilsəydi Siz kimə səs verərdiniz” sualına cavab olaraq rəyi soruşulanların 79,9%-i prezident İlham Əliyevin namizədliyini dəstəkləyib.

9 oktyabr prezident seçkisi ilə əlaqədar exit-poll keçirəcək beynəlxalq təşkilatlardan biri Fransanın OpinionWay Tədqiqatlar İnstitutudur. Artıq avqustdan etibarən fəaliyyətə başlayan təşkilat seçkiqabağı vəziyyətin öyrənilməsi məqsədilə 1000 nəfər arasında ictimai rəy sorğusu keçirib.  Yaşı 18 və daha artıq olan vətəndaşları təmsil edən sorğu respondentlə müsahibə ona məxsus mənzildə  üzbəüz şəraitdə keçirilib.

Sual-  Ümumiyyətlə, son illər Azərbaycan iqtisadiyyatının vəziyyəti necə dəyişməkdədir? Cavab:

Yaxşılaşır- 56,2%,

Dəyişmir- 26,7%,

Pisləşir 12,5%,

Bilmirəm- 4,6%

Sual- Prezident İlham Əliyevin fəaliyyəti Sizi nə dərəcədə qane edir? Sualına cavab olaraq rəyi soruşulanların 80 faizi prezidentliyə namizəd hazırki prezident Ilham Əliyevin  fəaliyyətindən razi olduqlarını bildiriblər.

Sual- Əgər seçkilər bu gün keçirilsəydi Siz kimə səs verərdiniz? Cavab:

İlham Əliyev- 79,9%,

Cəmil Həsənli- 7,8%,

Qüdrət Həsənquliyev- 1,5%,

İqbal Ağa-zadə- 0,6%,

Zahid Oruc- 0,3%,

İlyas İsmayılov- 0,2%,

Araz Əlizadə- 0,2%,

Sərdar Məmmədov- 0,2%,

Hafiz Hacıyev- 0,1%,

Fərəc Quliev- 0%,

Rəyi soruşulanların 9,2%-i isə bilmirəm cavabını verib.

Sual- Fikrinizcə, Azərbaycan Respublikasında hazırda mövcud olan ən vacib problemlər hansılardır? Cavab:

Dağlıq Qarabağ- 72,7%

İqtisadi- 19,8%

Təhsil- 16,3%

Ətraf mühit- 8,0%

Vergilər- 3,9%

Milli təhlükəsizlik – 3%

Bilmirəm- 10,2 %

Qeyd edək ki, prezident seçkilərinin şəffaf, azad, ədalətli və dünyada qəbul olunan demokratik standartlara uyuğun şəkildə keçirilməsinə yardım göstərilməsi məqsədilə Fransada fəaliyyət göstərən OpinionWay Tədqiqatlar İnstitutunu  “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası exit-poll keçirilməsi üçün dəvət edib. Bu ilin iyul ayının əvvəlindən OpinionWay Tədqiqatlar İnstitutu  ilə  danışaqlara start verilib. Və avqust ayının sonunda tərəflər arasında müqavilə imzalanıb. OpinionWay Tədqiqatlar Institutu Səsvermə günü 64 dairə ərazisində  99 məntəqədə exit-poll keçirəcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?