Milli Məclisin Lənkəran şəhərindən seçilən deputatları Hadi Rəcəbli, Cavanşir Paşazadə, Rüfət Quliyev 9 oktyabr prezident seçkiləri ilə bağlı bəyanat veriblər. Modern.az-ın məlumatına görə, Lənkəran ziyalılarının, ictimaiyyət nümayəndələrinin, rayon ağsaqqallarının qoşulduğu bəyanatda son günlər bir sıra kütləvi informasiya vasitələrində Lənkəranlıların Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlini dəstəkləməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.
Qeyd edilib ki, Lənkəran ictimaiyyəti adından yayılan xəbərlər həqiqəti əks etdirmir.
Millət vəkilləri prezident seçkilərində Lənkəran sakinlərinin hazırki ölkə başçısı İlham Əliyevi dəstəklədəyini, hamılıqla dövlət başçısına səs verəcəklərini bildiriblər.
“Lənkəran sakinləri hamılıqla prezident İlham Əliyevi və onun siyasi kursunu dəstəkləyir. Bu gün Milli Şura adı altında cəmiyyətdə yeri olmayan bəzi qüvvələr Lənkəran sakinlərinin adından yalan məlumatlar yaymaqla məşğuldurlar. Bizim yeganə seçimimiz cənab prezident İlham Əliyevdir”-deyə bəyanatda qeyd edilib.
Qeyd edək ki, bəyanata millət vəkilləri ilə yanaşı Lənkəranın sayılıb seçilən ziyalıları qoşulublar.
Modern.az