Modern.az

Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndiririk - Lukaşenko

Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndiririk - Lukaşenko

Dünya

15 Fevral 2024, 20:56

Biz Azərbaycanla strateji tərəfdaşlığımızı çox yüksək qiymətləndiririk.

 

Modern.az Belarus Prezidentinin saytına istinadən xəbər verir ki, bu fikri Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyevin etimadnaməsini qəbul edərkən bu ölkənin Prezidenti Aleksandr Lukaşenko söyləyib.

 

A.Lukaşenko bu yaxınlarda keçirilən prezident seçkilərində xalqın böyük dəstəyini qazanmış İlham Əliyevə konstruktiv yanaşmasına görə xüsusi minnətdarlığını bildirib. Dövlət başçısı maraq doğuran sahələrdə məsələlərin həlli üçün iki ölkə liderləri arasında əldə olunan razılaşmalardan daha fəal faydalanmağı təklif edib.

 

Qeyd edək ki, fevralın 15-də Belarus Prezidenti Aleksandr Lukaşenko səkkiz ölkənin səfirlərinin etimadnaməsini qəbul edib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə