Onun sözlərinə görə, eyni zamanda, özünün dünən “Məhsul” stadionunda keçirdiyi izdihamlı mitinq-görüşün bütün proseslərinə yüksək səviyyəli nəzarət olunması hüquq-mühafizə orqanları əməkdaşlarının öz işlərinə peşəkar yanaşmalarının nəticəsidir:
“Prezidentliyə namizədlərin bütün ölkə boyu keçirdiyi görüşlərdə olduğu kimi, dünənki tədbirdə də polis orqanları əməkdaşları hər vasitə ilə çalışırdılar ki, vətəndaşlar bu tədbirdə normal şəkildə iştirak etsin, hər hansı bir insident, qarşıdurma yaranmasın, eyni zamanda, ictimai nəqliyyatın hərəkəti normal təmin olunsun”- deyən prezidentliyə namizəd bununla bağlı daxili işlər naziri R.Usubova xüsusi təşəkkürünü və minnətdarlığını ifadə edib.
Z. Oruc həmçinin bildirib ki, ötən təbliğat-təşviqat kampaniyası dövründə keçirilən görüşlərdə, o cümlədən, özünün dünənki tədbirində ictimai təhlükəsizlik qaydaları da tam təmin olunub. Bu baxımdan, prezidentliyə namizəd eyni zamanda, DİN-nin müvafiq qurumunun rəhbəri Cavanşir Məmmədova və mitinqlərin keçirildiyi rayonun -Yasamal rayonunun İcra Hakimiyyətinə öz minnətdarlığını bildirib.
“Bütün bu addımlar azad və ədalətli seçkilərin keçirilməsi üçün xüsusi mənaya malikdir. Bu yerdə qeyd edim ki, mitinqimizdə iştirak edən bir çox müşahdəçilər də bunu qeyd edirdilər və müşahidə etdiklərini öz hesabartlarına daxil edəcəklərini bildirirdilər.
Bir sözlə, əminliyimi ifadə etmək istəyirəm ki, seçkilər Azərbaycan xalqının azad iradəsi ilə yüksək fəallıq şəraitində baş tutacaq və millətimizin gələcəyinin təminatında mühüm mərhələ olacaq”- deyə, Z. Oruc sözlərinə əlavə edib.
Kamil Həmzəoğlu