Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Zəif və mülayim külək əsəcək.
Havanın temperaturu səhər saatlarında 12-15 dərəcə isti, gündüz 15-19 dərəcə isti, axşam yenidən 12-15 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında oktyabrın 9-da hava əsasən yağmursuz olacaq.
Rayonlarda səhər saatlarında duman, Lənkəran-Astara bölgəsində isə az yağış yağacağı gözlənilir.
Havanın temperaturu Aran rayonlarında gündüz 15-20, dağlıq ərazilərdə 6-11 dərəcə isti olacaq.
Modern.az