Modern.az

Zakir Qaralov: "İctima-siyasi sabitliyi pozmaq istəyənlər yuxu görən insanlardı"

Zakir Qaralov: "İctima-siyasi sabitliyi pozmaq istəyənlər yuxu görən insanlardı"

27 Aprel 2010, 14:03

 

Növbəti 5 il müddətinə də baş prokuror seçilən Zakir Qaralov Milli Məclisdə çıxış edib. O, deputatların göstərdiyi etimada görə onlara təşəkkür edib. Modern.az xəbər verir ki, Z.Qaralov bildirib ki, hələ 10 il öncə mərhum dövlət başçısı Heydər Əliyevin keçirdiyi müşavirədə prokurorluq orqanlarında islahatların başlanması haqqında kurs müəyyən edilib.

Zair Qaralov çıxıçı zamanı Elmar Hüseynovun, Ziya Bünyadovun qətli, Hacı Məmmədovun törətdiyi cinayət işləri barədə danışıb. Deyib ki, Elmar Hüseynovun qətlinin ertəsi gün ölkə Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib. “Mənim tərəfimdən Avropadan olan ekspertlərin istintaqa cəlb olunması təklif olundu. Bu qətl 2005-ci ildə - parlament seçkiləri ilində ölkədə ictimai-siyasi sabitliyin pozulmasına cəhdlər olan vaxtda törədilmişdi”. Z.Qaralov deyib ki, istintaq E.Hüseynovun qətlini törədən şəxsləri müəyyənləşdirib və onlar barəsində axtarış elan edilib.

Baş prokuror Ziya Bünyadovun qətlinin  İranın dini dairələri tərəfindən sifariş edildiyini, qatillərin həmin ölkədə sığınacaq aldığını söyləyib: "Bu gün Ziya Bünyadovun qətlinin təşkilatçılarından olan Cavanşir Aslan və Tariyel Ramazanov isə İranda sığınacaq tapıblar”.

Zakir Qaralov deputat Pənah Hüseynin ittihamlarına da cavab verib: “Siyasi korrupsiyadan danışan yoldaşlar öz siyasi partiyalarının haradan maliyyələşməsi haqqında məlumat versinlər. Vaxtı çatıb ki, bu partiyaların hardan maliyyələşdiyini açıqlamalıdırlar. Onların ölkədə siyasi sabitliyi pozmağa çalışması haqqında bəyanatlar verirlər”.

Baş Prokuror bildirdi ki, ictimai-siyasi sabitliyin pozulmasına imkan verilməyəcək və bu barədə düşünınlər sadəıcə yuxu görən insanlardır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu