
“İsraildə Azərbaycan səfirliyinin açılması məsələsinə hələ baxılır”. Bunu
Modern.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Adbullayev deyib. XİN rəsmisi İsraildə səfirliyimizin açılmasına münasibət bildirərkən qeyd edib ki, müvafiq qərar qəbul olunarsa, bu haqda əlavə məlumatlar veriləcək. Qeyd edək ki, İsrailin Azərbaycanda diplomatik nümayəndəliyi var. Ancaq İsraildə Azərbaycan səfirliyinin açılması məsələsi zaman-zaman gündəmə gəlsə də, bu, hələ də reallaşmayıb. Hazırda sözügedən ölkədə dövlətimizin səfirliyi yoxdur.
Aqşin Kərimov