Modern.az

İrandan Azərbaycana növbəti etiraz: “Çovqan bizim milli oyundur”

İrandan Azərbaycana növbəti etiraz: “Çovqan bizim milli oyundur”

7 Oktyabr 2013, 17:38


Azərbaycanın milli çovqan oyununun YUNESKO-nun qeyri-maddi mədəniyyət abidələri sırasına daxil edilməsi İranda etirazla qarşılanıb. Modern.az saytı xəbər verir ki, İran Çovqan Federasiyasının prezidenti Həmzə İlhanizadə çovqanın tarixi İran oyunu olduğunu bildirib.

“Azərbaycanın Nizami Gəncəvini öz şairi kimi təqdimat cəhdlərindən sonra indi də qədim fars oyunu olan çovqanı öz idman növü kimi YUNESKO-ya təqdim edib”.

Həmzə İlhamzadə bundan əvvəl çinlilərin YUNESKO-ya müraciət etdiyini və iranlı mütəxəssislərlə müzakirələrdən sonra müraciətin geri götürüldüyünü xatırladıb. 

Vüqar İsmayılov    
Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?