Modern.az

Rəsul Quliyev qardaşına qarşı çıxdı: “Onu dəstəkləmirəm”

Rəsul Quliyev qardaşına qarşı çıxdı: “Onu dəstəkləmirəm”

7 Oktyabr 2013, 17:44

Açıq Cəmiyyət Partiyasının lideri (ACP) Rəsul Quliyev doğma qardaşı Telman Quliyevin prezident seçkiləri ilə bağlı mövqeyinə qarşı çıxıb. Modern.az-a açıqlamasında eks-spiker qardaşının hakimiyyətin namizədini dəstəkləməsinə etiraz edib.

“Qardaşım Telman Heydər Əliyevin tərəfdarlarından olub, Əliyevlər barədə ola bilər fikrini indiyə qədər dəyişməyib. Bu, onun mövqeyidir. Sözsüz bu mövqeyi dəstəkləmirəm”.

Qeyd edək ki, Rəsul Quliyevin qardaşı Tamerlan Quliyev prezident seçkilərindən hazırki ölkə başçısı İlham Əliyevi dəstəklədiyini bəyan edib.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?