Modern.az

Milli Məclisin komitəsi Əzizbəyov rayonunun adının dəyidirilməsini dəstəklədi

Milli Məclisin komitəsi Əzizbəyov rayonunun adının dəyidirilməsini dəstəklədi

27 Aprel 2010, 14:26

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin yığıncağı keçirilirb. Modern.az xəbər verir ki, iclasda “Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında” qanun layihəsinə baxılıb. Xatırladaq ki, dünən sözügedən qanun layihəsinə Milli Məclisi yanında Toponimiya komissiyası da baxaraq onu bəyənmişdi. Regional məsələlər komitəsinin iclasında aparılan müzakirələr zamanı deputatlar bu dəyişikliyi dəstəkləyiblər. Bununla da komitə “Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında” qanun layihəsini Milli Məclisin iclasına tövsiyyə edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü