Modern.az

Amerikadan Azərbaycana seçki çağırışı

Amerikadan Azərbaycana seçki çağırışı

8 Oktyabr 2013, 08:55

ABŞ Azərbaycanı seçkilər zamanı azad, ədalətli və şəffaf prosesinin keçirilməsinə çağırıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət departamentinin mətbuat katibinin müavini Mari Xarf bazar ertəsi bildirib.

"Birləşmiş Ştatlar bütün insanları Azərbaycanda seçki prosesində dinc iştirak etməyə, seçkilərdən əvvəl, vaxtında və sonra təmkinlik göstərməyə, həmçinin təcavüzün və ya təxribatın qarşısını almağa çağırır ", - Mari Xarf deyib.

Vaşinqton həmçinin Azərbaycan hakimiyyətini vətəndaşlarının sərbəst toplaşmaq və söz azadlığının qorunmasının təmin edilməsinə çağırıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?