Modern.az

"Avopa Məhkəməsi Eynulla Fətullayevi buraxın deyə bilməz"

"Avopa Məhkəməsi Eynulla Fətullayevi buraxın deyə bilməz"

27 Aprel 2010, 14:37

Modern.az xəbər verir ki, Milli Məclisin aprelin 27-də keçirilən iclasında depuatat İqbal Ağazadə hazırda həbsdə olan jurnalist Eynulla Fətullayevin tezliklə azadlığa buraxılmasının önə çəkib. İ.Ağazadə deyib ki, Azərbaycan hökuməti Avropa Məhkəməsi ilə çəkişməyə getmək əvəzinə Avropa Məhkəməsinin Eynulla Fətullayevin azadlığa buraxılması qərarına xoş məram göstərməlidir.

YAP-çı deputat Mübariz Qurbanlı isə Eynulla Fətullayevin məsələni siyasiləşdirməyin əleyhinə çıxıb.

Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov deyib ki, Avropa Məhkəməsinin Eynulla Fətullayevlə bağlı qərarı Azərbaycana qarşı təzyiqdir: “Adətən beynəlxalq təşkilatlar Azərbaycan məhkəmələrini obyektivsizlikdə ititham edirlər. Amma bu tövsiyəni verən Avropa Məhkəməsinin öz siyasiləşib. Hansı ölkəyə təzyiq göstərmək lazımdırsa, ona qarşı qərar çıxarırlar”.

Z.Əsgərovun sözlərinə görə, Avropa Şurasının qərarları Azərbaycan üçün məcburi deyil, tövsiyə xarakterlidir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu