Modern.az

Rəsul Quliyevlə Milli Şura arasında pul davası

Rəsul Quliyevlə Milli Şura arasında pul davası

8 Oktyabr 2013, 10:24


“Milli Şuradan kimlərin xalqa ziyan verdiyini, siyasi fəaliyyətini davam etdirmək naminə kimlərdən istifadə etdiyini hamısını deyəcəm”. Modern.az bildirir ki, bu fikirləri Milli Şura üzvü Rəsul Quliyev bildirib.

Eks-spiker Milli Şura üzvlərinə pul ittihamı irəli sürərək onların seçkidən sonra oynadıqları rollara görə qonarar alacağını deyib:

“Bu gün Cəmil müəllimin keçirdiyi mətbuat konfransında nəhayət mənim seçki başlanmamışdan öncə söylədiyim fikirlər öz təsdiqini tapdı.Cəmil müəllim etiraf etdiki, o seçki mühitinin belə acınacaqlı fəlakətli olduğunu indi başa düşüb. Nəhayət məlum oldu ki, azad seçki şəraiti yaratmadan nəinki udmaq heç təbliğat aparmaq da mümkün deyil. Məni camaatı ruhdan salmaqda ittiham edən 'qəhrəmanlar' bir ay bundan öncə söylədiklərimi Cəmil müəllim səs verməyə bir gün qalmış dedi, ruhdan düşməyin. Mən sizin dediyiniz kimi okeanın o tayında oturmağıma baxmayaraq Azərbaycanda vəziyyəti , hadisələrin necə inkişaf edəcəyini deyəsən sizlərdən yaxşı bilirdim. Seçkilərdən sonra kimlər belə bir vəziyyətin yaranmasında əsl səbəbkardır, Milli Şuradan kimlərin xalqa ziyandan başqa heç bir şey verməyən siyasi fəaliyyətini davam etdirmək naminə istifadə etdi barədə məlumat verəcəyəm. Azərbaycanda seçki yox kimlərinsə ssenarisi ilə seçki şousu göstərilir. Təəssüfki Milli Şuranın bəzi üzvülərinin də bu şouda epizodik olsada rolları var, qonararlarını seçki qurtarandan sonra alacaqlar”.

Anar RÜSTƏMOV

 
Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?