Polşanın paytaxtı Varşava şəhərində keçirilən ATƏT-in İnsan Resurslarının Tətbiqi Müşavirəsində iştirak edən TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Şahidov qurumun plenar iclasında “Azərbaycanda prezident seçkiləri: faktlar və reallıqlar” adlı məruzə ilə çıxış edib.
Çıxışı zamanı Əhməd Şahidov Azərbaycanda hələ 1918-ci ildə Şərqdə ilk demokratik cümhuriyyət qurulduğunu toplantı iştirakçılarının diqqətinə çatdırlb və 1991-ci ildə müstəqillik bərpa edildikdən sonra ölkənin çətin duruma düşdüyünü, yalnız 1993-cü ildə Heydər Əliyevin təkrar hakimiyyətə gəlişindən sonra vəziyyətin nisbətən dəyişməyə başladığını bildirib. Ötən 20 il ərzində bir-neçə dəfə seçkilər, xüsusən də prezident seçkiləri keçirildiyini diqqətə çatdıran TURSAM rəhbəri Əhməd Şahidov 2003 və 2008-ci illər Prezident seçkilərinin nəticələrini əks etdirən bukleti nümayiş etdirib və həmin seçkilərdə YAP-ın namizədi olan İlham Əliyevin ən yüksək nəticələr göstərdiyini qeyd edib.
2013-cü il Prezident seçkiləri üzərində xüsusi dayanan Əhməd Şahidov seçki öncəsi vəziyyət barədə ətraflı məlumat verib, 5000 seçki məntəqəsindən 1000-də veb-kameralar quraşdırıldığını, həmin məntəqələrdə keçiriləcək seçkilərin internet vasitəsilə dünyanın istənilən nöqtəsindən izlənə biləcəyini deyib.