Modern.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev sabah keçiriləcək prezident seçkiləri barədə qısaca fikrini ifadə edib. Ölkə başçısı Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş dünənki iclasında sabahki seçkilər barədə deyib:
”Əminəm ki, seçkilər ədalətli, şəffaf keçiriləcəkdir. Azərbaycan xalqının iradəsi seçkilərdə tam şəkildə öz əksini tapacaqdır”.
Qeyd edək ki, bu, İlham Əliyevin prezident seçkilərilə bağlı son aylar ilk açıqlamasıdır. Ölkə başçısı bundan öncə seçkilər məsələsinə münasibət bildirməmişdi.
Sabahki seçkilərdə prezidentliyə 10 namizəd mübarizə aparacaq. Namizədlərin seçki bülletenində adları soyadlarının əlifba sırasına uyğun olaraq aşağıdakı kimi sıralanıb:
1. Ağazadə İqbal
2. Əliyev İlham
3. Əlizadə Araz
4. Hacıyev Hafiz
5. Həsənquliyev Qüdrət
6. Həsənli Cəmil
7.İsmayılov İlyas
8. Quliyev Fərəc
9. Məmmədov Sərdar
10. Oruc Zahid.
Modern.az