Arxiv
8 Oktyabr 2013, 12:23 |
Mühazirə deyən heykəl: Nizami Gəncəvi – Yeni Bakının köhnə abidələri


O, əlində lülə formasında bükülmüş kağız, müdriklik yağan nəzərləriylə muzeyə tərəf baxır. Daha doğrusu, muzey divarlarında portret və berelyefləri qoyulan tələbələrinə – şair və mütəfəkkirlərə öz mühazirəsini oxuyur. Artıq 60 ildən yuxarıdır ki, bu dərs davam edir. Və edəcək də...

Nizami meydanında İstiqlaliyyət, Əhməd Cavad, Azərbaycan və İslam Səfərli küçələrinin kəsişməsində yerləşən heykəlin açılışı 1949-cu il aprelin 30-da olub. Heykəlin müəllifi, Azərbaycanın xalq rəssamı Fuad Əbdürəhmanov, memarları Mikayıl Hüseynov və Sadıq Dadaşovdur. Hər bir şəhərin özünəməxsus əlamətləri var ki, onlar şəhərin simasını müəyyənləşdirir, onun tarixi barədə məlumat verir. Bakının Nizami bağında ucaldılan Nizami Gəncəvi heykəli də bu əlamətlərdən biridir. Yerləşdiyi ərazi müasirliklə tarixizmin vəhdətini yaratdığından abidə həm Şərq monumentallığını, həm də Qərb modernist baxış tərzini özündə çox gözəl əks etdirir. İçərişəhərin Qoşa Qapı girişinin yaxınlığında yerləşən abidə tarixiliklə müasirliyi bir növ tamamlayır. 
Nizami meydanı ümumi bir ansamblı xatırladır. Buradakı bütün tikililər bir-birilə zəncirvari birləşərək estetik baxımdan vahid harmoniya yaradır. Şəhərin ən mərkəzi meydanı hər tikilini ortaq estetik dəyər ətrafında cəmləyə bilir.

Siyasi məqsədlə ucaldılan heykəl

Dünya siyasi arenasının çox mürəkkəb bir dövründə SSRİ öz riyakar diplomatiyasından əl çəkmirdi. Beləki, imperiya tərkibində olan müstəmləkələrin tarixinə aid əsərlər yazdırıb, abidə saldırmaqla öz humanistliyini və tabeçiliyində olanlara guya hörmət etdiyini dünyaya çatdırmaq istəyirdi. Odur ki, hətta 1939-cu ildə, yəni İkinci Dünya müharibəsinin başladığı vaxtda Bakıda Azərbaycan tarixini əbədiləşdiriləcək parkın salınması və orda abidə ucaldılması barədə qərar qəbul edir. Sonra incəsənət işləri üzrə idarə Nizami heykəlinin layihəsini yaratmaq üçün müsabiqə elan edir. Həmin müsabiqəyə 70-ə yaxın əsər təqdim edilsə də, onlarda heç biri münsiflər heyəti tərəfindən bəyənilmir. Çünki müəlliflərdən heç biri şairin obrazını lazımınca tərənnüm edə bilməmişdi. Bu da təsadüfi deyildi. Çünki o vaxta qədər Nizaminin surətini əks etdirən heç bir miniatür əsəri, yaxud bir freska dövrümüzə gəlib çatmamışdı.

Yenə də Fuad Əbdürrəhmanov...

Amma bir rəssamın işini geri qaytarmırlar. O da Şərq dünyasının vurğunu olan və gələcəkdə əsərlərinin demək olar ki, hamısında bunu əks etdirəcək Fuad Əbdürrəhmanovun layihəsi qəbul olunur və ona heykəlin modelini hazırlamaq tapşırılır. Abidənin postamentini yaratmaq və meydanı planlaşdırmaq işi memarlar S. Dadaşov, M. Hüseynova tapşırılır. İşlərə 1940-cı ildə sitat verilir. Dünya geosiyasətinin ən qanlı-qadalı illəri artıq başlamışdı. Buna baxmayaraq, sovet hökuməti işi yarımçıq qoymur və mədəni quruculuq siyasətini sonadək yerinə yetirməyə çalışırdı.

1941-cı ilin fevralında Nizaminin abidəsinin layihəsi və 1 metr hündürlüyündə olan maketi hazır oldu və o Moskvada Təsviri İncəsənət Müəssisələri Baş İdarəsinin bədii-texniki şurasında təsdiq edildi. Eyni zamanda, müəlliflərə abidə üzərində sonrakı işlərində Nizaminin simasındakı milli əlamətləri daha da artırmaq təklif olundu. Həmin əlamətlərdə müdriklik və Şərq aləminə xas olan alilik arifanə ifadələr daxil idi. Lakin gözlənilmədən başlanan Böyük Vətən müharibəsi abidə üzərindəki işləri müvəqqəti dondurdu. Amma heç müharibə bitməmiş, yəni 1944-cü ildən başlayaraq monumental abidə ilə əlaqədar işlərə yenidən sitat verilir. Müharibə qələbə ilə qurtardıqdan bir müddət sonra – 1947-ci ilin yanvarında Bakıda Nizami Gəncəvinin monumental abidəsinin ucaldılması ilə əlaqədar inşaat işlərinin bərpası və sürətlə aparılması barədə ümumittifaq hökümət xüsusi sərəncam verdı.

1947-ci ilin yazında Bakının mərkəzində monumental abidə qoyulacaq bağda memarlar M. Hüseynov və V. İvanovun layihəsi ilə planlaşdırma və arxitektura abadlığı işləri həyata keçirildi. Bu işlərin özünə məxsus cəhətləri var idi. Belə ki, əsas diqqət heykəlin bağla vahid kompozisiyada görünməsinə, eyni orqanizmdə qovuşmasına nail olmaq idi. Memarlar öz işini çox böyük ustalıqla yerinə yetirə bildirlər. Belə ki, bu meydançanı, onu bürüyən yaşıllığı, ətrafdakı memarlıq ansamblını indi Nizami heykəli olmadan təsəvvür etmək mümkün deyil. Bütün bu işlər çox böyük zaman kəsimində görülüb qurtardı. Şəhərin ən gözəl heykəllərindən biri olmasına baxmayaraq bu heykəl bəlkə də ən qısa zaman ərzində hazırlanan tikili idi. Təsəvvür edin, müharibə illəri və o illərdən sonrakı aclıq olmasına baxmayaraq cəmi 9 ilə bu cür möhtəşəm sənət əsəri hazır oldu. Nizaminin tunc fiqurunun postament üzərinə qaldırılması daxil olmaqla, bütün tikinti, quraşdırma, bəzək və üz çəkmə işləri 1949-cu ilin yazında başa çatdırıldı. 1949-cu il aprelin 30-da abidənin təntənəli açılışı oldu. Tunc heykəlin hündürlüyü 6,2 metr, çəkisi isə 7 tondur. Postamentlə birlikdə abidənin hündürlüyü  isə 15 metrdir.

Nizami heykəli bəlkə yeganə heykəldir ki, onun barəsində problematikadan kənar ağızdolusu danışmaq olar. Amma yeganə probelem isə 60 ilə yaxındır ki, mühazirə deyən bu heykələ təəssüf ki, bizlər qulaq asmırıq. Onu ancaq və ancaq muzeyin divarlarından boylanan xələfləri dinləyir. Sanki bu dərsin bizə aidiyyəti yoxdur...

 Elmin Nuri

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan BMT-də Ukraynanın ərazi bütövlüyünə qarşı çıxdı 15 Noyabr 2019, 12:35 Dünənki qəzalarda 4 nəfər ölüb 15 Noyabr 2019, 12:27 Tələbələrin işlə təminatı üçün imkanlar yaradılır 15 Noyabr 2019, 12:27 Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə getdi 15 Noyabr 2019, 12:26 Məktəblilərimiz beynəlxalq yarışlardan qızıl medalla qayıdıblar 15 Noyabr 2019, 12:16 Tahir Kərimli Milli Məclisdə özündən getməsindən danışdı - VİDEO 15 Noyabr 2019, 12:11 Deputatın səlahiyyətinə xitam verilir: “Artıq Milli Məclisə müraciət etmişəm” 15 Noyabr 2019, 12:04 Deputatdan təklif: “Ali məktəb kitabları ƏDV-dən azad olunsun” - VİDEO 15 Noyabr 2019, 12:03 Erməni jurnalistləri Bakıya kim gətirir?.. 15 Noyabr 2019, 11:51 Bu gündən Bakıya istilik verilir 15 Noyabr 2019, 11:42 Konqresin sədri Trampı korrupsiyada ittiham etdi 15 Noyabr 2019, 11:33 Almaniyadan 61 azərbaycanlı deportasiya edilib – Rəsmi AÇIQLAMA 15 Noyabr 2019, 11:32 Məktəblilər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar - FOTO 15 Noyabr 2019, 11:29 Bakının bu hissəsində nəqliyyat şəraiti yaxşılaşdırılıb - VİDEO   15 Noyabr 2019, 11:24 Bölgələrdəki əlilliyi olan şəxslərə reabilitasiya vasitələri aparıldı 15 Noyabr 2019, 11:16 Nazirlik bələdiyyə sədrini cərimələdi  - 2500 manat  15 Noyabr 2019, 11:13 “BakuBus”un neçə avtobusu sıradan çıxıb? - AÇIQLAMA 15 Noyabr 2019, 11:05 DSX meşələrdə gizlədilən silahlar aşkarladı - FOTOLAR 15 Noyabr 2019, 10:58 Raket və Artilleriya Qoşunları əməliyyat təliminin tapşırıqlarını icra edir - VİDEO 15 Noyabr 2019, 10:58 Bakıdan dünyaya səslənən mesajlar 15 Noyabr 2019, 10:43 Ağdaşda qadın, Tərtərdə körpə öldü - Növbəti həkim səhlənkarlığı 15 Noyabr 2019, 10:40 Los Ancelesdə Qarabağ tədbiri - Erməni lobbisi mane olmaq istədi 15 Noyabr 2019, 10:38 “Azəriqaz” smart tipli sayğac quraşdırmağı DAYANDIRDI 15 Noyabr 2019, 10:24 Təhsil müzakirələri davam edir - FOTO 15 Noyabr 2019, 10:23 Nazir İnterpola rəis TƏYİN ETDİ 15 Noyabr 2019, 10:14 Elmira Süleymanova istefa ərizəsi yazıb? - Ombudsman Aparatı AÇIQLADI 15 Noyabr 2019, 10:14 Rusiyalı casuslar Trampın telefon danışığını dinləyib 15 Noyabr 2019, 10:11 Bakıda 10-cu sinif şagirdi itkin düşüb 15 Noyabr 2019, 10:05 Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu 15 Noyabr 2019, 09:59 Məşhur bakılı müğənni ermənilərin təxribatına qoşuldu - FOTOLAR 15 Noyabr 2019, 09:50 Sabahdan məktəblərdə tətil başlayır 15 Noyabr 2019, 09:47 Rusiya ABŞ-a məxsus olmuş hərbi bazanı ələ keçirdi 15 Noyabr 2019, 09:43 Nazirlikdən işsizlərlə bağlı yenilik 15 Noyabr 2019, 09:36 Xarici universitetlərdə doktorantura təhsilinin maliyyələşdirilməsi qaydaları təsdiqləndi - MƏBLƏĞ 15 Noyabr 2019, 09:33 Ermənistan atəşkəsi 20 dəfə pozdu 15 Noyabr 2019, 09:30