50 və 80 tonluq iki böyük qaya parçası Quba-Xınalıq yolunun 36-cı kilometrliyinə düşərək hərəkəti məhdudlaşdırıb.
Trend-in məlumatına görə, qaya parçalarının dağdan qoparaq yola yuvarlanması nəticəsində Quba-Xınalıq yolu müvəqqəti bağlanıb. 6 saylı Yol İstismar İdarəsinin rəisi Aydəmir Manafovun verdiyi məlumata görə, 50 və 80 tonluq iki böyük qaya parçası yolun 36-cı kilometrliyinə düşərək hərəkəti məhdudlaşdırıb.
Hazırda idarənin müvafiq texnikaları əraziyə cəlb olunub və qısa vaxt ərzində yolda hərəkətin bərpa olunacağı gözlənilir.
***
Modern.az-ın məlumatına görə, Quba-Xınalıq yolunda hərəkət günorta saatlarından etibarən bərpa edilib.
Modern.az