Modern.az

Gənclər və İdman Nazirliyi: “İran çovqanı indi niyə yada salıb?”

Gənclər və İdman Nazirliyi: “İran çovqanı indi niyə yada salıb?”

8 Oktyabr 2013, 14:55


“Çovqan Azərbaycanın qədim milli xalq oyunlarındandır. Bu gün bu iddianı irəli sürdüyümüz üçün YUNESKO-nun qeyri-maddi mədəniyyət abidələri sırasına daxil edilib”. Bu sözləri Modern.az-a açıqlamasında Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov deyib. O, qeyd edib ki, Azərbaycanda olduğu kimi, İranda da bu qədim oyun növü var.

 “Çovqan Azərbaycan qədim milli oyundur. Bu tarixi bir məqamdır və tarixçilər buna baxıb deməlidir ki, bu fars oyunudur, yoxsa Azərbaycan. Biz bu iddianı qaldırdıq. Əgər onların tarixi oyunu idisə, bu günə qədər niyə susurdular?”.

Qeyd edək ki, Azərbaycanın milli çovqan oyununun YUNESKO-nun qeyri-maddi mədəniyyət abidələri sırasına daxil edilməsi İranda etirazla qarşılanıb. İran Çovqan Federasiyasının prezidenti Həmzə İlhanizadə çovqanın tarixi İran oyunu olduğunu bildirib.  

Aytən ƏLİYEVA  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?