“Bakı Şəhər İcra Hakimiyyətinə Demokratik Qüvvələrin Milli Şurasının təşəbbüs qrupu tərəfindən müraciət olunub ki, oktyabrın 12-də Yasamal rayonu ərazisindəki stadionda saat 16:00-dan 18:00-dək Cəmil Həsənlinin seçkilərin nəticələrinə həsr olunmuş görüş mitinqinə icazə verilsin”. Bu barədə Modern.az-a Milli Şuranın üzvü, Cəmil Həsənlinin seçki qərargahının rəhbəri Gülağa Aslanlı məlumat verib.
Baki Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zaur Ramazanov isə Modern.az-a açıqlamasında Milli Şuranın müraciətinin bugün meriyaya daxil olduğunu bildirib.
“Milli Şuranın kütləvi aksiya ilə bağlı yazılı müraciəti bu gün daxil olub. Sabah iş günü olmayacağını nəzərə alsaq, oktyabrın 11-dən gec olmayaraq müraciətə cavab veriləcək”.
Vüqar İsmayılov