Xalq artisti Flora Kərimova əmək pensiyasının yenidən hesablanması tələbi ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Səbail rayon şöbəsini məhkəməyə verib. Hüquq.TV-nin məlumatına görə, hazırda təxminən 140 manat təqaüd alan F.Kərimova ona deputat təqaüdü (təxminən 1500-2000 manat) kəsilməsini istəyir.
2005-ci il parlament seçkilərində iştirak etmiş, lakin rəsmi nəticələrə əsasən qalib gəlməmiş xalq artisti əsas kimi Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarını göstərib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi xalq artistinin iddiasını təmin etməyib. “Həmin məhkəmələr əsas kimi Flora xanımın deputat olmadığını göstərdilər. Halbuki ortada Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı var” – deyə, F.Kərimovanın vəkili Fuad Ağayev Hüquq.TV-yə bildirib. Modern.az