Səhiyyə Nazirliyi “qaynar xətt” xidmətinə edilən şikayətlərin statistikasını açıqlayıb. Nazirlikdən Modern.az-a verilən məlumata görə, son bir ayda 771 müraciət daxil olub. “Qaynar xətt”ə daxil olan zənglərin 571-i səhiyyə müəssisələrində baş verənlərdən narazılıqla bağlı olub.
Nazirlikdən qeyd ediblər ki, “qaynar xətt” xidmətinə daxil olmuş müraciətlər araşdırılır. Şikayətlərin araşdırılması zamanı vətəndaşın haqlı olduğu sübuta yetirilərkən səhiyyə müəssisəsi və ya tibb əməkdaşına qarşı müvafiq tədbirlər görülür. Gültəkin ƏLƏSGƏR