Azərbaycanda səs vermə hüququna malik vətəndaşların ən son statistikası açıqlanıb. Modern.az-ın verdiyi xəbərə görə, MSK sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, hazırda Azərbaycanda 5 milyon 145 min nəfər seçici var.
MSK sədrinin sözlərinə görə, seçicilər ümumilikdə 5492 məntəqədə səs verəcəklər”. Modern.az