Modern.az

“Exit-poll” keçirəcək qurumlar: “Seçkiyə tam hazırıq”

“Exit-poll” keçirəcək qurumlar: “Seçkiyə tam hazırıq”

8 Oktyabr 2013, 17:35


Oktyabrın 9-da seçkilərlə eyni vaxtda bir sıra təşkilatlar “exit-poll” keçiriləcək. Modern.az-a açıqlamasında “exit-poll” təşkilatçılarından biri olan QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov xarici ekspertlərin artıq 3 gündür Azərbaycanda olduğunu bildirib.

““Proqnoz” Müstəqil Sosioloji Mərkəzi, bildiyiniz kimi, bizim tenderin qalibi olub. Bu qurum QHT Əməkdaşlıq Alyansının sifarişi əsasında sabah Azərbaycanın 125 seçki dairəsi üzrə 139 məntəqədə “exit-poll” keçirəcək. Sabah müşahidəçilərimiz də fəal iş görəcək. Azərbaycanın müxtəlif bölgələrində həm müşahidə monitorinqi həyata keçirəcəyik, həm də “exit-poll”. Çox güman ki, axşam saat 19.00-da seçki məntəqələri bağlandıqdan sonra QHT Əməkdaşlıq Alyansının həmsədrləri, beynəlxalq ekspertlər, eləcə də “Proqnoz” Müstəqil Sosioloji Mərkəzi “Hilton” otelində KİV üçün “exit-poll”un nəticələrini açıqlayacağıq”.

ATV xəbərlər departamentinin baş redaktoru Vaqif Aydınoğlu isə “exit-poll”la bağlı bütün hazırlıqların başa çatdığını deyib.

“Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutu “exit-poll”un keçirilməsi ilə bağlı dəvət edilib. Bu təşkilat Fransada kifayət qədər təcrübə toplamış qurumdur. Ümumilikdə keçirəcəyimiz “exit-poll” 64 dairə ərazisində 99 məntəqəni əhatə edəcək. Seçkilərin keçiriləcəyi gün ərzində saat 13-00, 16-00, 18-00-də və bir də seçkilər bitdikdən sonra 4 dəfə “exit-poll”un nəticələri ictimaiyyətə açıqlanacaq”.  

Namidə BİNGÖL
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?