Modern.az

Jurnalistlər də sabahkı səsverməni izləyəcəklər

Jurnalistlər də sabahkı səsverməni izləyəcəklər

8 Oktyabr 2013, 18:06

“Azad və ədalətli seçkilər uğrunda” Jurnalist-QHT Koalisiyası da sabahki prezident seçkilərinə ciddi hazırlaşıb. Koalisiyanın bu məqsədlə formalaşan missiyası “2013-cü il prezident seçkilərinin monitoriniqi” layihəsi çərçivəsində bir sıra bölgələrə ezam olunub.

“Jurnalist-QHT Koalisiyasının üzvləri sabah keçiriləcək prezident seçkilərinin gedişini 150 məntəqədə izləyəcəklər”. Bunu deyən Jurnalist-QHT Koalisiyasının rəhbəri Seymur Verdizadənin Modern.az-a verdiyi məlumata görə, jurnalistlərin, QHT nümayəndələrinin daxil olduğu müşahidə missiyası Bakı, Sumqayıt, Şəki, Tovuz, Şəmkir, Cəlilabad, Lənkəran, Xaçmaz və digər böyük şəhərlərdə fəaliyyət göstərəcək”.

S.Verdizadə bildirib ki, koalisiyanın müşahidəçiləri sırasında Azərbaycanın tanınmış imza sahibləri də var:  “Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, Müstəqil İnformasiya Agentliyinin redaktoru Zaur Əhməd, Demokratik Jurnalistlər Liqasının sədr müavini Malik Bayramov, tanınmış jurnalist Xanoğlan Əhmədov, “Ruh” AJMK-nın icraçı direktoru Əvəz Rüstəmov və daha bir neçə jurnalist tərəfimizdən müşahidə missiyasına daxil edilib. Seçki kampaniyası başa çatandan sonra yekun hesabat hazırlanacaq. Seçkinin nəticələri qiymətləndirilərkən müşahidəçilərimizin rəyi əsas götürüləcək”.



Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?