Modern.az

ABŞ dövriyyəyə yeni 100 dollarlıq əsginas buraxır

ABŞ dövriyyəyə yeni 100 dollarlıq əsginas buraxır

8 Oktyabr 2013, 19:14
 
Oktyabrın 8-də ABŞ-ın Federal Ehtiyat Şurası saxta pul hazırlayanların qarşısını almaq və sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərə və istehlakçılara yardım etməkdən ötrü təhlükəsizlik xüsusiyyətlərinə malik yenidən işlənmiş $100 əskinası maliyyə təsisatlarına təqdim etməyə başlayıb.

Ayrı-ayrı maliyyə təsisatlarının yerləşdiyi məsafə, onların tələbatı və siyasətləri yenidən işlənmiş əskinasların bütün dünyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərə və istehlakçılara nə dərəcədə tez çatmasına təsir göstərəcək.

“Yeni dizayn onun həqiqi olub-olmadığını müəyyən etməyi asanlaşdıran, lakin sürətini çıxartmağı çətinləşdirən təhlükəsizlik xüsusiyyətlərinə malikdir”-deyə Federal Ehtiyat Şurasının sədri Jerome H.Pouell söyləyib:
“Yeni əskinasdan gündəlik əməliyyatlarda istifadə edildiyindən, istifadəçi üçün istifadəsi rahat olan təhlükəsizlik xüsusiyyətləri ictimaiyyətə əskinasın əsli olub-olmadığını daha asanlıqla müəyyən etməyə imkan verəcək”.

Federal Ehtiyat Şurası, ABŞ-ın Xəzinədarlıq Departamenti, ABŞ-ın Həkketmə və Çap Bürosu və ABŞ-ın Əks Kəşfiyyat Xidməti Federal Ehtiyat Şurasının əskinaslarının saxtalaşdırma təhlükəsindən uzaq olması üçün yenidən işlənmələrinə yardımçı olub.

Yenidən işlənmiş $100 əskinas iki yeni xüsusiyyət daxildir: zınqırov və 100 rəqəmi təsviri ilə mavi 3-D təhlükəsizlik lenti, və mürəkkəbqabında rəngi dəyişən zınqırov. Yeni xüsusiyyətlər və su nişanı kimi əvvəlki dizayndan götürülmüş əlavə xüsusiyyətlər ictimaiyyətə yenidən işlənmiş $100 əskinasın vizual şəkildə əsli olub-olmadığını müəyyən etməyin sadə yolunu təklif edir.

Bütün dünyanın istehlakçılarına köhnə $100 əskinasları yeniləri ilə əvəz etməyin zəruri olmadığı məsləhət görülür. Buraxılma tarixlərindən asılı olmayaraq ABŞ valyutasının bütün dizaynlarının qanuni dövriyyədə olmaları ABŞ hökumətinin siyasətidir.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi