Türkiyənin paytaxtı Ankara bələdiyyəsinin Cümhuriyyət Xalq Partiyasından (CHP) seçilmiş sədri, qarşıdakı yerli seçkilərdə yenidən namizəd olan Mansur Yavaş əmlak və maliyyə vəziyyətini açıqlayıb.
Modern.az xəbər verir ki, Ankara meri bu barədə məlumatı rəsmi saytında və X səhifəsində paylaşıb.
Məlumatlarda Mansur Yavaşla yanaşı, onun həyat yoldaşı Nursen Yavaşın da əmlak və maliyyə vəziyyəti əks olunub.
"Təmiz və şəffaf siyasət naminə açıqlayıram", - deyə siyasətçi qeyd edib.