Modern.az

Trapm prezident seçilsə, bu 6 nəfərdən birini vitse-prezident edəcək - ADLAR

Trapm prezident seçilsə, bu 6 nəfərdən birini vitse-prezident edəcək - ADLAR

Dünya

22 Fevral 2024, 10:16

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkə lideri postu uğrunda mübarizədə qalib gələcəyi təqdirdə vitse-prezidentliyinə namizəd ola biləcək 6 nəfərin adını çəkib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp həmin şəxslərin hamısının yaxşı, etibarlı insanlar olduğunu vurğulayıb.

Siyahıya Respublikaçıların praymerizlərində Trampın üç keçmiş rəqibi - Florida qubernatoru Ron DeSantis, senator Tim Skott və sahibkar Vivek Ramasvami daxil edilib. Tramp həmçinin Cənubi Dakota qubernatoru Kristi Noem, nümayəndə Bayron Donalds və Demokratlar Partiyasından 2022-ci ildə ayrılan keçmiş nümayəndə Tulsi Qabbardı vitse-prezident postuna potensial namizədlər kimi göstərib.

Siyasi ekspertlər isə Trampın xeyli tələsdiyini və onun öz qərarını istənilən vaxt dəyişə biləcəyini qeyd ediblər.

ABŞ-da prezident seçkiləri bu ilin noyabrında keçirləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə