Modern.az

Bayden Niderlandın baş nazirini yeni NATO baş katibi görmək istəyir

Bayden Niderlandın baş nazirini yeni NATO baş katibi görmək istəyir

Dünya

22 Fevral 2024, 10:36

ABŞ prezidenti Co Bayden Hollandiyanın baş naziri Mark Ruttenin NATO-nun növbəti baş katibi vəzifəsinə namizədliyini dəstəkləyir.

 

Modern.az xəbər verir ki, bu barədə Politico mənbəyə istinadən yazıb.

 

Rutte özü mümkün təyinatla bağlı şərh verməyib. Nəşrin məlumatına görə, Mark Ruttenin NATO baş katibi vəzifəsinə namizədliyini alyans ölkələrinin başçılarının təxminən üçdə ikisi dəstəkləyir.

 

Fevralın 16-dan 19-a kimi baş tutan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Rutte bildirib ki, ötən oktyabr ayında baş katib vəzifəsinə marağını açıq şəkildə ifadə edərkən səhv edib: "Mən bunu etməməliydim, ona görə də bu barədə daha danışmamağa qərar verdim".

 

Alyansın hazırkı baş katibinin səlahiyyət müddəti 2024-cü ilin oktyabrında başa çatır. NATO qaydalarına görə, üzv ölkələrin 31 rəhbərinin hər biri namizədliyi dəstəkləməlidir.

 

"Bloomberg" agentliyi Türkiyənin hələ Mark Ruttenin namizədliyini təsdiq etmədiyini bildirib. Ölkə yeni baş katibdən Yunanıstan və Kiprə qarşı neytrallığa zəmanət verməsini istəyir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə