Modern.az

Bakıda dəhşətli intihar

Bakıda dəhşətli intihar

8 Oktyabr 2013, 22:43

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərində dəhşətli qətl hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1977-ci il təvəllüdlü Kərimova Hicran Həmidağa qızı doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin eyvanından özünü aşağı atıb və binanın yaxınlığında olan birmərtəbəli tikilinin damına düşərək vəfat edib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi tikilinin damından aşağı endirərək aidiyyəti üzrə təhvil verilib. Eyni zamanda baş vermiş hadisənin təhqiqatına köməklik məqsədilə H.Kərimovaya məxsus mənzilin giriş qapısını açmış və hüquq mühafizə orqanları əməkdaşlarının mənzilə daxil olmalarına şərait yaradıblar. Əməliyyat saat 19:25-də başa çatıb.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?