Modern.az

Fransanın müdafiə naziri Ermənistana gedir - İlk dəfə

Fransanın müdafiə naziri Ermənistana gedir - İlk dəfə

Dünya

22 Fevral 2024, 12:12

Fransanın müdafiə naziri Sebastian Lekornu Ermənistana səfər edəcək.

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu nazirin özü deyib:

 

"Mən parlamentarilərdən və sənayeçilərdən ibarət böyük nümayəndə heyəti ilə tezliklə Ermənistana gedəcəyəm".

 

Onun sözlərinə görə, Fransa dost Ermənistana sırf müdafiə məqsədi ilə hərbi texnika verir: "Ermənistan ciddi təhlükəsizlik problemi ilə üzləşən dost ölkədir. Bizim vəzifəmiz Ermənistana onun ərazi bütövlüyünü və müdafiə qabiliyyətini təmin etməkdə kömək etməkdir".

 

Lekornu əlavə edib ki, Fransanın müdafiə naziri ilk dəfə Ermənistana səfər edəcək.

 

Qeyd edək ki, dünən Ermənistan baş naziri Nikol Paşinyan və müdafiə naziri Suren Papikyan Fransaya səfər etmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə