Modern.az

Mətbuat Şurasına seçkiləri izləyən jurnalistlərdən şikayət daxil olmayıb

Mətbuat Şurasına seçkiləri izləyən jurnalistlərdən şikayət daxil olmayıb

9 Oktyabr 2013, 11:19

Seçki günü Mətbuat Şurasında yaradılan “qaynar xətt”ə hələ ki, heç bir şikayət daxil olmayıb.

Qeyd edək ki, peşə vəzifəsini yerinə yetirən jurnalistlər hər hansı maneçiliklə üzləşdikləri halda Mətbuat Şurasının “qaynar xətt”inə məlumat verə biləcəklər. Bu yolla yarana biləcək problemlərin operativ aradan qaldırılmasına imkan olacaq.
Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadənin Modern.az-a verdiyi məlumata görə, Mətbuat Şurasının İdarə Heyətində təmsil olunan şəxslər seçkiləri müşahidə etmək üçün rayonlara ezam olunublar.

“Paytaxtdan da bizimlə əlaqə saxlayıb məlumatlar verirlər. Hələ ki, Mətbuat Şurasının “qaynar xətt”inə heç bir müraciət  daxil olmayıb. Mən də Salyan rayonunda iki seçki dairəsini gəzmişəm. Jurnalistlərə yüksək şərait yaradılıb. Bölgələrdə olan digər əməkdaşlarla da əlaqə saxlamışam. Onlar da jurnalistlərin seçkiləri müşahidə etməsi üçün yüksək şərait yaradılıb”, – deyə Rəhim Hüseynzadə bildirib.  

Gültəkin ƏLƏSGƏR  
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi