Modern.az

Eks-nazir Fərhad Əliyev: “Prezidentimə səs verdim”

Eks-nazir Fərhad Əliyev: “Prezidentimə səs verdim”

Təhsil

9 Oktyabr 2013, 11:40


Cəzaçəkmə müəssisələrində səsvermə prosesi davam edir. APA-nın məlumatına görə, 14 saylı Xəzər Dairə Seçki Komissiyasının 2 saylı Cəzaçəkmə müəssisəsində yaradılmış 36 saylı məntəqənin seçici siyahısında 1210 nəfərin adı var. Saat 11.20-yə olan məlumata görə, onlardan 660 nəfər səsvermədə iştirak edib.

Məntəqədə səs verənlərin arasında müəssisədə cəza çəkən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev də olub. Səs verəndən sonra jurnalistlərə açıqlamasında Fərhad Əliyev bundan əvvəl seçkilərlə bağlı vahid bəyanatla çıxış etdiyini deyib: “Bu gün də öz əqidəmə sadiq qalaraq Azərbaycanın müstəqilliyini, təhlükəsizliyini layiqincə qoruyan prezidentimə səs verdim”.


Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi