Rusiya Ukrayna ilə danışıqlara qədər daha çox əraziyə nəzarət edəcək.
Modern.az xəbər verir ki, bunu Çikaqo Universitetinin professoru Con Mirşaymer “Global Times” qəzetinə müsahibəsində bildirib.
"Düşünürəm ki, real döyüşlər 2025-ci ilə qədər davam etməyəcək. Ruslar indi nəzarət etdikləri ərazilərdən daha çox əraziyə nəzarət edəcəklər və sonra atəşkəs gələcək", - professor deyib.
Alim həmçinin xəbərdarlıq edib ki, hətta münaqişə sülh yolu ilə həll olunsa belə, Qərb Rusiyanı təxribata çəkməkdən və yeni regionlarda sabitliyi pozmaq cəhdlərindən əl çəkməyəcək.
Kreml bəyan edib ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur. Rusiya üçün mütləq prioritet müharibənin məqsədlərinə nail olmaqdır, hazırda bu, yalnız hərbi yolla mümkündür. Eyni zamanda, Moskva danışıqlara hazır olduğunu bildirib.