Modern.az

YAP-dan seçkilərlə bağlı ilk AÇIQLAMA: “Məlumatların toplanması gedir”

YAP-dan seçkilərlə bağlı ilk AÇIQLAMA: “Məlumatların toplanması gedir”

Təhsil

9 Oktyabr 2013, 12:32


Yeni Azərbaycan Partiyası seçkilərlə bağlı ilkin təəssüratlarını açıqlayıb.  Modern.az-a açıqlama verən Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov yeddinci prezident seçkilərinin şəffaf, demokratik şəkildə getdiyini bildirib. Siyavuş Novruzov bu saatlarda da seçicilərin aktivliyinin davam etdiyini deyib.

“Saat 12-yə olan məlumatların toplanması gedir. Səslərin verilməsində artım var. Seçki hələ də davam edir. Mən də prosesi çox yüksək qiymətləndirirəm. Hər bir seçki məntəqəsində çoxlu sayda müşahidəçilər var. Hamısı seçkiləri müşahidə edir. Həm beynəlxalq müşahidəçilər, həm də yerli müşahidəçilər üçün bütün şərait yaradılıb”.

Seçkilərlərlə bağlı yayılan bəzi neqativ hallara da münasibət bildirən YAP-çı deputat belə hallara yol verilmədiyini bildirib. “Heç kim, heç kimin yerinə səs verə bilməz. Hər bir insanın seçiçi siyahısı və həmçin siyahıda adı var. Əvvəlcədən də xəstə olan seçiçilər müraciət etməlidir. Təbii ki, bu da çox olmur. Bir dairədən 3-10 nəfər ola bilər. Bu da elə də təsir edən mexanizm deyil”-deyə Siyavuş Novruzov bildirib.

Gültəkin ƏLƏSGƏR  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır