Modern.az

Ərdoğanın baş danışmanı: “Bizim erməni xalqı ilə bir problemimiz yoxdur” - MÜSAHİBƏ

Ərdoğanın baş danışmanı: “Bizim erməni xalqı ilə bir problemimiz yoxdur” - MÜSAHİBƏ

Təhsil

9 Oktyabr 2013, 15:33

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının qurucularından olan Sakariya millət vəkili, Ərdoğanın baş danışmanı Şaban Dişli Azərbaycanda seçkiləri müşahidə edir.O, Avropa Parlamenti tərəfindən Azərbaycana göndərilib. Şaban Dişli Modern.az saytına müsahibə verib.

- Şaban bəy, Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsi yenidən Türkiyənin gündəminə gəlir. Bu məsələ ilə bağlı sizin mövqeyinizi bilmək istərdik.

- Biz Azərbaycanı öz məmləkətimiz olaraq görürük. Dili, inancı, tarixi birdir ölkələrimizin. Biz eyni ölkəyik. Ermənistan Azərbaycanla sülh yolu ilə problemləri həll etmədikcə, Türkiyə bu məsələyə müsbət rəy verməyəcək. Rəcəb Tayyib Ərdoğanın söylədiyi budur. Bizim erməni xalqı ilə bir problemimiz yoxdur. Türkiyədə 70 mindən çox erməni çalışır. Ancaq Ermənistan Respublikası ilə problemimiz var. Çünki Azərbaycanın torpağını işğal edib. Azərbaycan xalqının 1 milyonu köçkün vəziyyətinə düşüb. Dünya buna göz yumur. Keçən həftə Ermənistanın prezidenti Sərkisyan Avropa Şurasına gəldi və ona bir sual verildi. Cavabı isə hər kəsi təəccübləndirdi.

Dedi ki, “Azərbaycan barış yox, savaş istəyir. Biz Azərbaycanın 20 faiz torpağını işğal etdik. Əgər müharibə olarsa, 25 faiz torpağını da işğal edəcəyik”.

Avropa Parlamentində o, açıq şəkildə Azərbaycanı təhdid etdi. Bu nədən qaynaqlanır? Bir məsələni də diqqətinizə çatdırım ki, erməni məsələsi ilə bağlı Türkiyə, eləcə də Azərbaycan atdığı hər addımda biri-birlərilə razılaşır. Biz ATƏT-in Minsk Qrupundan elə də ciddi nəsə gözləmirik. Ermənilərin bu mövzuya yanaşması belədir ki, bu məsələni indiki kimi saxlasınlar. Azərbaycan hökumətinin istəyi isə odur ki, bu məsələ həll olsun və 25 il vətənlərindən uzaq qalmış insanlar öz torpaqlarına qayıtsınlar. İnşallah bugünkü seçkilərindən sonrakı müddətdə prezident bu məsələyə bir daha baxacaq.

- Türkiyə iqtidarının siyasətinə toxundunuz. Sizə elə gəlmir ki, hakim partiya dinlə bağlı siyasəti cəmiyyətdə parçalanma yaradıb? Buna görə də millət olaraq hədəflə bağlı fikir ayrılığı yaranıb.

- Keçən seçkidə hakimiyyət Türkiyənin hədəfini göstərdi. Bizimlə seçki sandığında mübarizə apara bilməyəcəklərini anlayanalar fərqli bir Ərdoğan imici yaratmaq istəyirlər. Ərdoğan 40 ildir siyasətin içindədir. Ərdoğan iqtidara gəlmədən əvvəl nə edəcəyini demişdi. Onun bu siyasəti bu günə qədər heç dəyişmədi. Ən son Cümhuriyyətin quruluşunun 100-cü il dönümündə, 2023-cü ildə Türkiyəni harada görmək istədiyimiz barədə layihə hazırladıq. Bəzilərinə görə bizim hazırladığımız layihələr olduqca çılğındır. Hazırda inşaatına başladığımız 3-cü hava limanı var ki, Avropanın ən böyük hava limanı olacaq. Digəri 3-cü boğaz körpüsüdür. Həm quru, həm də dəmir yoludur. Bundan başqa sürətli qatar layihəmiz var. Türk hava limanı Avropanın ən müvəffəqiyyətli hava limanlarından biridir. Artıq Türkiyədə təyyarədən istifadə edən insanların sayı olduqca çoxalıb. İnsanların gəlirlərində artım olub ki, onlar təyyarəyə bilet ala bilirlər. 2002-ci illə bu günü müqayisə etsəniz, təyyarədən istifadə edənlərin sayı yüzdə 200 artıb. Əvvəl hava yollarının 30 kirayə təyyarəsi var idi. İndi isə 150 təyyarəsi var. Əvvəl zərər 80 milyon dollar idi. İndi isə “Türk Hava Yolları”nın reklam üçün xərclədiyi məbləğ 80 milyon dollardır. Artıq gecəqondu kimi evlər yox ediləcək və yerinə daha yaxşı evlər tikiləcək. O vaxta qədər də ev sahibləri ayri kirayə evlərlə təmin ediləcək və kirayə haqları dövlət tərəfindən ödəniləcək. Bizim Anadoluda tövlə ilə evlər eyni bina altında yerləşir. Bunları da həll etmək, daha müasir evlər tikmək lazımdır. Bizim tətbiq etdiyimiz qanunların hamısı Avropadan götürülmüş və təcrübədən keşmiş qanunlardır. Şəhər mərkəzlərində, topluluq olan yerlərdə spirtli içki içilməsi, 18 yaşından kiçik uşaqlara içki verilməsi qadağan edilib. Bu qayda Avropada da mövcuddur. Deyrilər ki, bizi şəriətə götürəcəklər. Bu şəkildə bizə təzyiq edirlər. Biz gəldiyimizdən etibarən heç bir bələdiyyənin gəlirindən istifadə etməmişik. Xalq kimi istəyir, istər komunist, istər zənci, istərsə də sosialisti olsun, seçsin. Biz onu qəbul edəcəyik. Türkiyə ilk dəfə olaraq yatırım qoyulacaq bir ölkə səviyyəsində reytinq şirkətlərindən müsbət rəy alıb. Qərar üçün siyasi sabitlik çox vacibdir. Reytinq şirkətləri bu sabitliyi görməsələr xarici ölkələrə necə desinlər ki, gəlin pulunuzu Türkiyə bankında saxlayın? Pulun dini, imanı yoxdur.

- İnsanların sosial durumundan danışdınız. Amma Türkiyənin xarici siyasəti Suriyada ciddi problemlərlə üzləşib. Yəqin ki, bunun fərqindəsiniz?

- Biz doğrunun və xalqın tərəfindəyik. Suriya iqtidarı ilə öz xalqına işgəncə etmədən əvvəl çox yüksək səviyyədə dostluğumuz var idi. Sərhəddən dənizə tökülən Asi çayı var. O çay üzərində birlikdə bir stansiya qurmaq istədik. Dedik ki, siz suyundan, biz isə elektrikindən istifadə edək. O çay boyunca zeytun ağacları əkildi. Ancaq Suriya öz xalqına qarşı silah işlətdi. Bu gün Suriyada 100 mindən çox insan günahsiz ola-ola qətlə yetirilib. Türkiyə buna qarşıdır. İnsanlara qarşı kimyəvi silahdan istifadə olunmasına qarşıdır. Suriya ilə çox böyük bir sərhəddimiz var. Bu sərhəddin Suriya tərəfində türklərin qohumları var. Buna görə də Suriyada olan hadisələr öncə bizə təsir edir. Hadisələrə qədər az qala biz Suriyanın xarici siyasətdə təmsilçisi idik. Ancaq bu dövlət bizim qiymətimizi bilmədi. Fərqli rəftar göstərdi. Mən də fərqindəyəm ki, Türkiyə Suriya məsələsində təklənmiş dövlət şəklində göstərildi. Biz Suriyanın din, dil, irqindən aslı olmayaraq, hər bir vətəndaşına hörmət edir, öz doğmamız kimi bilirik. Bizim ölkədə bu gün milyondan çox Suriya vətəndaşı var. Biz onlara qaçqın yox, qonaq deyirik. Qonağın problemlərini isə ev sahibi həll edir. Misirdə bütün dünyanın təsdiq etdiyi seçki prosesi həyata keçirildi. Seçimi Mursi qazandı. Ona qarşı hərbi çevriliş edildi. Bütün dünya buna hərbi zərbə deyə bilmədi. Əksinə, zərbəçini dəstəklədilər. Ancaq biz həmişə xalqın və doğrunun yanında olmağa davam edəcəyik. Ona görə deyirik ki, Misirdə tezliklə demokratik seçim edilsin. Xalq da nə deyirsə, biz də onu deyək. Seçimlə işə gələn insan seçimlə də getməlidir. Biz bu hərbi zərbəyə qarşıyıq. Biz Misirə 3 milyard dollar kömək etdik. Bizim Misir xalqına olan dəstəyimiz davam edəcək.

- Ən yaxın ölkələrin iqtidarları ilə Türkiyə iqtidarının münasibətləri yaxşı deyil. Bu, Türkiyəyə əlavə problemlər yaşatmayacaq ki?

- Bu keçici bir vaxtdır. İnsan ömrü üçün 30- 40 il uzun bir müddətdir. Ancaq dövlətlər üçün qısa vaxtdır. Xalq kimi seçərsə, biz onun tərəfində olacağıq. Bu vaxta qədər xalq Mursinin tərəfindı idi. Amma sabah demokratik seçim olar, biz yenə seçimə hörmət edərik. Bizim Misir ilə əvvəldən dostluğumuz var idi. İndi Misir xalqı hazırda bölünmüş vəziyyətdədir. Təəssüflər olsun ki, bu xalq biri-birini məhv edir.

- Ərəb dünyasında baş verənlərin Türkiyə üçün təhlükəsi ola bilərmi?

- Dünyanın vacib ölkələri ilə Türkiyənin əlaqələri var. İndi həmin ölkələrlə problem varmış kimi görünə bilər. Heç birimiz qalıcı deyilik. Ancaq təməllərimiz sağlam olmalıdır. Xalqların biri-birinə sevgisi önəmlidir. Bu gün Suriya xalqının 7 milyonu köçkün vəziyətdədir. Hətta Ermənistan, Livanda belə onlar məskunlaşırlar. Avropa Parlamentinin üzvü kimi biz köçkün çadırlarını ziyarət etməyə gedirik. Yunanistanda suriyalı qaşqınlara gündə 1 dəfə yemək verilir. İnsanlar palçıq içərisində yaşayırlar. Türkiyədə isə onlara pul verilir, özləri istədiklərini alır, istədiklərini bişirirlər. Televizorları belə var. Əlbəttə azadlıq vacibdir. Ancaq onlar özlərini ölkələrindəki kimi hiss edirlər. Keçən ilin qış aylarında “ bir ədyal da məndən olsun” adlı kampaniyaya start vermişdik. Türk insanları onları öz dostları, qardaşları kimi görürdülər. Türkiyə Əsadə qarşı deyil, Əsədin xalqına qarşı etdiyi zülmə qarşı siyasət aparır. Suriya ilə öncə də PKK-ya verdiyi dəstəyə görə də problem yaşanmışdı. Hətta müharibə vəziyyətinə qədər gəlib çatmışdı. Bundan sonra vəziyyət bu yerə gəldi.

- Bu günlərdə Türkiyə müxalifəti İsrail və Ermənistanla münasibətlərinin normallaşdırması təklifini irəli sürüb...

- Biz İsrail dövlətini ilk tanıyanlardan biriyik. İsrail hökuməti ilə problemimiz var. İsrail hökuməti fələstinliləri yox etmə siyasəti yürüdür . İsrail hökumətinin Mərmərə gəmisində tarixdə ilk dəfə türk qanı tökdü. Türkiyənin yəhudi xalqı ilə dayanışması hər yerdə təqdirəlayiqdir. Türk insanı hər zaman qapısını yıxılana, köməksizə açıb. Tək problem hökumətlər arasında olan anlaşmazlıqlardır. Bunlar da yəqin ki, öz həllini tapacaq. Biz siyasəti oturub yazmırıq. Biz Azərbaycan torpqlarını işğal edənləri hər zaman dilə gətiririk. Bizim xarici siyasətimizdə məqsədimiz qonşu ölkələrlə problemsiz bir münasibət qurmaqdır. Amma şərtlər elə edir ki, qonşularımızı idarə edən iqtidarlarla problemlərimiz çıxır. Bu o demək deyil ki, həmişə belə olsun. Bizim istəyimiz odur ki, problemlər həl olsun və xalqlar biri-biri ilə münasibət qursunlar. Bu halda ticarət də inkişaf edəcək.

- Sizin iqtidarın PKK-ya yönəlik siyasəti də Türkiyədə birmənalı qəbul edilmir.

- Bəribaşdan onu deyim ki, Türkiyədə elə qüvvələr var ki, Günəşi göydən masanın üstünə gətirsək də, bizi qəbul etməyəcəklər. Buna insan öz düçüncəsində azaddır konteksində normal yanaşırıq. Kürdlərin təmsilçisi olduğunu iddia edənlərin Məclisə girməsi normal haldır. Ancaq səsvermə reytinqinə baxdığımız zaman o bölgədən yüksək səs alan yenə də AKP-dir. Biz əvvəldən PKK məsələsi haqqında deyirdik ki, silahlarla, yumruqlarla bu məsələni həll edə bilmərik. Bunun üçün əlin açıq olması lazımdır. Yumruq şəklində heç kəslə danışmaq olmaz. İndi kürd açılımı proqramı icra edirik. Məclisdə olan hər kəsi proqrama dəstək verəməyə və fikir bildirməyə çağırdıq. Ancaq gəlmədilər. PKK qismən də olsa ölkədən çəkilmə ərəfəsindədir. Biz də bu ərəfəni demokratikləşmə paketləri ilə davam etidiririk. Bu gün Türkiyədə kürd-türk biri-birinə qaynayıb, qatışıb. PKK bir ara müstəqil dövlət yaratmaq eşqinə düşdü. Ancaq bunun alınmayacağını da gördü. Bu gün Hakkaridə universitet, xəstəxana var. Vacib olan odur ki, orada olan insanların da Türkiyənin nemətlərindən yararlanmalarıdır. İnam təcrübəsi ilə bəzi məsələlər həllini tapacaq. Əlbəttə Türkiyə PKK ilə mücadilədə 40 min vətəndaşlını itirib. Uşağını, ailəsini itirən birinin bu ərəfəni həzm etməsi bir qədər çətindir. Ancaq türk xalqının 76 faizi bu məsələni dəstəkləyir. İnsanların bir çoxu deyir ki, mənim ürəyim yandı, başqasının ürəyi yanmasın. O insanlara bu məsələni açıqlamadan öncə ailədən 2 kişiyə dövlət tərəfindən iş verilir, sivil vətəndaşa da eyni xidmət göstərilir. Bir sıra milliyətçi insanlar buna öz etirazını bildirmişdi. Ancaq görmək inanmaqdır. 7-8 aydır heç bir çatışma olmayıb. İndi dağlarda insanlar dincəlirlər. Çaylara üzməyə, balıq tutmağa gedirlər. Əvvəl həmin bölgələrə insanların getməsi qadağan idi. İnsanlar bunun fərqindədirlər.

- Şaban bəy, qarşıdan bələdiyyə seçkiləri gəlir. “Gəzi olayları” AKP-nin gücünü çoxmu aldı?

- “Gəzi hadisələri”nin ortaya çıxması ilə çatdığlı nöqtə arasındaki fərqi, həmin hadisəni törədənlər belə gördülər. Guya vandalizm, terorrizm olub. Bununla Türkiyəni fərqli şəkildə göstərməyə çalışdılar. O zaman Türkiyəyə CNN-nin 4 savaş müxbiri göndərilmişdi. Türkiyədə savaşmı var idi? Biz əksinə, düşünürük ki, “Gəzi olayları” Türkiyə iqtidarını daha da gücləndirdi. Hər birimiz nəticəni görəcəyik.

Ulduz İBRAHİMOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?