Modern.az

Rüstəm İbrahimbəyov səsverməyə gedibmi?

Rüstəm İbrahimbəyov səsverməyə gedibmi?

9 Oktyabr 2013, 12:36


Bu gün prezident seçkilərində səsverməyə  xarici ölkələrdə yaşayan həmvətənlərimiz də qoşulur. Maraqlıdır, Milli Şuranın ideya müəllifi olan Rüstəm İbrahimbəyov seçimini edibmi?

“El” hərəkatının sədr müavini, Milli Şura üzvü Eldəniz Quliyev Modern.az-a açıqlamasında Rüstəm İbrahimbəyovun adından danışmağın doğru olmadığını vurğuladı.
“Yalnız onu deyə bilərəm ki, Rüstəm İbrahimbəyov seçimini Milli Şura yarananda edib. Çox güman ki, o bu gün Rusiyada səs verəcək. Bu barədə danışmağa çətinlik çəkirəm. Hər halda, səhər Moskvadakı səfirlikdə səs verməlidir”.

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir