Modern.az

Fuad Muradov: “Ciddi qanun pozuntusu müşahidə olunmur”

Fuad Muradov: “Ciddi qanun pozuntusu müşahidə olunmur”

Təhsil

9 Oktyabr 2013, 13:01

“Səhərdən etibarən 11 seçki məntəqəsində olmuşam. Vətəndaşlar böyük ruh yüksəkliyi ilə  səhər durub seçki məntəqələrinə gəlirlər”. Bunu Modern.az-a açıqlamasında millət vəkili Fuad Muradov deyib.

Millət vəkili həmçinin  ciddi qanun pozuntusunun qeydə alınmadığını bildirib. “Səbail rayonu 29  saylı seçki dairəsindən deputat  seçilmişəm və burda müşahidə aparıram. Seçicilərin aktivliyini anbaan müşahidə edirəm.  Vətəndaşlar böyük ruh yüksəkliyi ilə  səhər durub seçki məntəqələrinə gəlirlər. Hələ ki, ciddi qanun pozuntusu müşahidə olunmayıb. İndiki vaxtda hələ ki heç bir problem yoxdur. Yalnız onu deyə bilərəm ki, insanlar seçkilərə nikbinliklə  gəlir”- deyə vurğulayıb.                                                                                                                                        

Millət vəkilinin özü isə Yasamal rayonunda səs verəcək.  “Mən Yasamal rayonunda səs verəcəm. Günortadan sonra səs verəcəyəm”-deyib.  

Namidə BİNGÖL

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir