Modern.az

ATV “exit-poll”un nəticələrini bir azdan açıqlayacaq

ATV “exit-poll”un nəticələrini bir azdan açıqlayacaq

9 Oktyabr 2013, 13:27

QHT Əməkdaşlıq Alyansı sifarişi ilə prezident seçkisində “exit-poll” sorğusu həyata keçirən “Proqnoz” Müstəqil Sosioloji Araşdırmalar Mərkəzi ilkin nəticələri açıqlayıb.

“Exit-poll” keçirən digər qurum – ATV telekanalı ilkin nəticələri nə zaman açıqlayacaq? Telekanalın xəbərlər departamentinin baş redaktoru Vaqif Aydınoğlu seçkilərdə müşahidəçi qismində iştirak etsə də, bununla bağlı hər hansı məlumat verməkdən çəkindi.

“Ancaq saat 1-də nəticələr açıqlananda nə isə deyə bilərəm”.

Xadırladaq ki, ATV-nin sifarişi ilə “exit-poll”u Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutu keçirir.

Gültəkin ƏLƏSGƏR 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir