“Hazırda səhhətimdə ciddi problemlər var, həkim nəzarətindəyəm. Hələ ki, səsvermədə iştirak etməmişəm”.
Bu fikirləri Modern.az-a eksklüziv açıqlamasında xalq artisti Rasim Balayev bu gün keçirilən prezident seçkisi haqda danışarkən səsləndirib.
Sənətkar bildirib ki, onun səs verib-verməyəcəyi həkimin qərarından asılı olacaq:
“Əgər həkim icazə versə, gedib səs verəcəyəm. Amma səs verəcəyim namizədin kim olduğunu demək istəmirəm”.
Rasim Balayev kimi dəstəkləyəcəyi barədə sualdan hirslənib: “Ümumiyyətlə, bu nə qaydadır, başım çıxmır?! Kimə səs verdiyimi niyə deməliyəm ki?”.
İntiqam Valehoğlu